3 Avqust 2022 09:46
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qüvvələri Ukrayna qüvvələrinin müdafiə mövqelərindən geri çəkilməsini gözləməkdənsə, işğal olunmuş Donetsk vilayəti ərazisindən Avdeyevkaya birbaşa hücum etmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Müharibənin Araşdırılması İnstitutunun (ISW) hesabatında deyilir.

Analitiklər qeyd edirlər ki, Baş Qərargahın işğalçıların bu sahədə qismən uğur qazanması ilə bağlı məlumatı ehtimal ki, Avdeyevkanın cənub-qərbindəki Butovskaya şaxtası ərazisindən Ukrayna Silahlı Qüvvələrinin köçürülməsini nəzərdə tutur.

"Yaxın vaxtlarda ruslar Peski və Avdeyevkanı birləşdirən yolu da tutmağa çalışacaq. Əvvəllər Rusiya üçün Avdeevkaya hücum cəhdləri əhəmiyyətli irəliləyiş gətirməyib", - deyə bildirilir.

Müharibənin Araşdırılması İnstitutu əlavə edir ki, Ukrayna Silahlı Qüvvələri 2015-ci ildən Butovskaya yaxınlığında mövqelər tutur və uzun illərdir ki, bu ərazi davamlı atəşə məruz qalır. Ukrayna qüvvələri əvvəllər Butovskayanı strateji müdafiə nöqtəsi və Ukraynanın Donetskə ən yaxın mövqeyi kimi müəyyənləşdirib.


Müəllif: Nemət

Oxşar xəbərlər