3 Avqust 2022 11:52
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-a qarşı hər hansı təhlükə yaranarsa, terrorçuların liderlərinin ləğvi həyata keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqon rəsmisi Con Kirbi bildirib.

Kirbanın sözlərinə görə, ABŞ prezidenti Co Bayden Əfqanıstanda terror qruplaşmalarının liderlərinin məhv edilməsi əməliyyatını təkrarlaya bilər.

"Bu hücum bizim imkanlarımızın nə qədər ciddi olduğunu, maraqlarımızı qorumağa nə qədər ciddi hazırlaşdığımızı nümayiş etdirdi. Əgər Amerikaya onlardan və ya hər hansı terror qruplaşmasından yenidən təhlükə görsək, prezident yenidən oxşar tədbirlər görmək hüququnu özündə saxlayır", - Kirbi bildirib.

Qeyd edək ki, ABŞ Əfqanıstanda "Əl-Qaidə" lideri Ayman əl-Zəvahirini məhv edib.


Müəllif: Nemət

Oxşar xəbərlər