3 Avqust 2022 23:26
1 561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəb Liqasının baş katibinin müavini Hüsam Zəki Çinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini bildirib.

Teleqraf.com xəbər verir ki, Zəki Çinin Qahirədəki səfiri Liao Liqianla telefon danışığı aparıb.

Zəki birliyin Çinin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini, Ərəb Liqasının baş katibi Əhməd əbu Qaytın da Tayvan böhranının qısa zamanda həll olunacağına ümid etdiyini bildirib.

Səfir Liqianq isə vahid Çin prinsipinə hörmət edilməsinin vacibliyini vurğulayaraq, bölgədə sülh və sabitliyin bərqərar olmasına və BMT-nin müvafiq qətnamələrinə zidd olan hərəkətlərə yol verilməməsi lazım olduğunu bildirib.

Çin səfiri həmçinin baş katibin müavini Zəki ilə Tayvan məsələsi ilə bağlı son hadisələri müzakirə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər