Mütəxəssislər Günəşdəki son gəlişmələrlə bağlı açıqlama veriblər. Bu gəlişmənin mənfi təsirləri narahatlıq doğurur.
Teleqraf.com xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Agentliyi (NOAA) G1 sinifli fırtınanın elektrik şəbəkələrində nasazlıqlara, peyklərin sıradan çıxmasına və heyvanların miqrasiyasına təsir göstərə biləcəyini bildirib.
Bundan əlavə, geomaqnit qasırğaları ilə daha ciddi təsirlərin baş verə biləcəyi ehtimalına diqqət çəkilib.
Tac dəliklərinin hər an yarana biləcəyi məlum olsa da, bunların “solar minimum” dövründə daha çox rast gəlindiyi deyilir. Amma artıq bu dövrdən çıxdığımız və Günəşdə hərəkət intensivliyinin artdığı dövrə daxil olduğumuz vurğulanır. Bu müddətin 2025-ci ildə “solar maksimumu”na təsadüf etdiyi bildirilir.
NOAA-nın açıqladığı G1 tipli fırtınanın yuxarı səviyyəsi olan G2 fırtınalarında enerji sistemlərində problemlər yarana, kosmik gəmilərin istiqamətləri dəyişə və peyk naviqasiyası müvəqqəti olaraq dayandırıla bilər.