Son həftələr gərginliyin yüksək olduğu Tayvan-Çin xəttində bir-birinin ardınca kritik hadisələr yaşanır. Çin ordusu bu gün real silahlardan istifadə etməklə Tayvan ətrafında təlimlərə başlayıb.
Teleqraf.com xatırladır ki, Tayvan-Çin münasibətlərində gərginlik ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ərəfəsində start götürüb.
Çin Tayvan ətrafındakı dənizlərdə indiyə qədər keçirilən ən böyük hərbi təlimə başlayıb.
Tayvana 12 mil yaxınlaşan Çin ordusunun uzaqmənzilli silahları da sınaqdan keçirəcəyi bildirilib.
Çin dövlət televiziyası təlimin bazar gününə qədər davam edəcəyini açıqlayıb.