Çin xarici işlər naziri Vanq Yi ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri səbəbindən adadakı hökumətin lideri Tsay İnq-veni “milli davaya xəyanət"də ittiham edib.
Teleqraf.com xəbər verir ki, Vanq Yi ABŞ və Çin arasında gərginliyə səbəb olan səfərlə bağlı mesajlar verib.
Nazir ABŞ-ın “demokratiya” bəhanəsi ilə Çinin suverenliyini pozan şər işlərlə məşğul olduğunu bildirib:
“Tsay İnq-venin təmsil etdiyi Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələr ABŞ-ın quyruğundan yapışaraq böyük (Çin) milli davaya xəyanət etdilər”, - Vanq Yi deyib.
Bu addımların beynəlxalq konsensusu poza və Tayvanın Çinə dönməsi istiqamətindəki tarixi tendensiyanı dəyişdirə bilməyəcəyini vurğulayan Vanqın sözlərinə görə, odla oynayanların sonu yaxşı olmayacaq: “Çinin suverenliyini pozanlar cəzalandırılacaq”.