4 Avqust 2022 14:50
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xersondakı zədələnmiş əsas körpülərin yaxınlığında xüsusi texnika yerləşdirərək onun keçidlərinə Silahlı Qüvvələrin növbəti zərbələrinin qarşısını almağa çalışır.

Teleqraf.com xəbər verir kli, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin icmalında deyilir.

“Rusiya qüvvələri demək olar ki, bu yaxınlarda zədələnmiş Antonovski körpüsü və dəmir yolu körpüsü yaxınlığında suda piramidaşəkilli radar reflektorları quraşdırıblar, hər ikisi Xerson yaxınlığında Dneprdən keçir. Reflektorlar, çox güman ki, sintetik aperturalı radar görüntülərində körpünü gizlətmək üçün istifadə olunur. Bu, Rusiya Federasiyasının Qərbin təqdim etdiyi daha uzaq mənzilli və dəqiq sistemlərlə təhdid hiss etdiyini göstərir”, - Müdafiə Nazirliyinin kəşfiyyat departamenti qeyd edir.

İcmalda həmçinin bildirilir ki, Silahlı Qüvvələrin Rusiya komandanlıq məntəqələrinə, maddi-texniki bazalarına və sursat anbarlarına hücumları davam edir və bu, çox güman ki, Rusiya Silahlı Qüvvələrinin lazım olan hər şeyi vaxtında çatdırmaq qabiliyyətinə təsir edəcək və onların işini çətinləşdirəcək.


Müəllif: Nemət