Türkiyənin təşəbbüsləri nəticəsində iyulun 22-də Rusiya, Ukrayna, Birləşmiş Millətlər Təşkilatı və Türkiyə arasında imzalanan “Taxıl daşınması” müqaviləsi çərçivəsində Ukraynadan yola düşən ilk taxıl gəmisi “Razoni” son ünvana çatıb.
Teleqraf.com xəbər verir ki, ilk gəminin son nöqtəyə çatmasından sonra Kremldən taxıl müqaviləsi ilə bağlı mühüm açıqlama verilib.
Kremli Qara dənizdən taxıl ixracına dair razılaşmanın “birdəfəlik mexanizm” olmadığını və bunun effektiv şəkildə davam edəcəyinə ümid etdiklərini bildirib.
Ukrayna taxılının Türkiyə üzərindən dünya bazarlarına çıxarılmasını təmin edən müqavilə tərəflərin razılığı ilə hər 120 gündən bir yenilənməlidir.