Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasda Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyəti müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
“Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət də müzakirə olunub. Üçtərəfli sazişin bütün müddəalarının təcili həyata keçirilməsinin zəruriliyi vurğulanıb”, - Peskov vurğulayıb.
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının iclasında Baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev, Kreml Administrasiyasının rəhbəri Anton Vayno, daxili işlər naziri Vladimir Kolokoltsev, FSB direktoru Aleksandr Bortnikov, müdafiə naziri Sergey Şoyqu, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin iştirak ediblər.