Ukrayna Silahlı Qüvvələri Slavyansk istiqamətində iki yaşayış məntəqəsini rus işğalçılarından geri alıb.
Teleqraf.com "Unian.net"ə istinadən xəbər verir ki, bu barədə Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov bildirib.
"Həftə ərzində qoşunlarımız taktiki mövqelərini təkmilləşdirərək, Mazanovka, Brajkovka, Suluqunovka, Dmitrovka yaşayış məntəqələri ərazilərində düşmənin müdafiəsi qırılıb. Biz iki yaşayış məntəqəsini: Mazanovka və Dmitrovkanı azad etdik", - Qromov bildirib.
Xerson vilayətinə gəlincə, onun ərazisində 53 yaşayış məntəqəsi azad edilib. Bu barədə bu yaxınlarda administrasiya məlumat yayıb.