Berlin rəhbərliyi Ukraynada məhv edilmiş Rusiya hərbi texnikasının sərgisini təşkil etmək istəyən iki muzey operatorunun tələbini rədd edib .
Teleqraf.com "unian.net"ə istinadən xəbər verir ki, Ukraynanın Almaniyadakı keçmiş səfiri Andriy Melnik şəhər meri Franziska Giffeydən bu qərarı ləğv etməyi tələb edib.
"Mer Franziska Giffey və Mitte Rayon İdarəsinə müraciət edirəm ki, bu qəribə qərarı ləğv etsinlər və Berlində tank sərgisinə icazə versinlər. Bu, Ukrayna ilə əsl həmrəylik demək olardı"- Melnik öz tvitində yazıb .
Oxşar sərgilər Kiyev, Varşava, Vrotslav, Poznan və Praqada keçirilib.