Çin heç vaxt silahlanma yarışında iştirak etməyib və iştirak etməyi planlaşdırmır.
Teleqraf.com xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin silahlara nəzarət departamentinin rəhbəri Dinq Tunbin NPT üzrə İcmal Konfransında bildirib.
D.Tunbin deyib: “Biz heç vaxt silahlanma yarışında iştirak etməmişik və iştirak etməyəcəyik”.
Onun sözlərinə görə, Çinin nüvə özünümüdafiə strategiyası, eləcə də Çinin milli təhlükəsizlik siyasəti hər hansı digər böyük dövlətinkindən daha sabit və mütərəqqi xarakter daşıyır.