Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillov koronovirusun insan tərəfindən yaradıldığını və ABŞ-ın həyata keçirdiyi layihələr çərçivəsində yayıldığını iddia edib.
Teleqraf.com xəbər verir ki, komandan İqor Kirillov bütün dünyaya təsir edən, insan həyatını və qlobal iqtisadiyyatı sarsıdan koronovirus epidemiyasında ABŞ-ı günahlandırıb.
Koronavirus epidemiyasının ortaya çıxmasında ABŞ-ın əli ola biləcəyini iddia edən Kirillov bildirib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin yeni koronovirusun ortaya çıxmasında rol oynaya biləcəyi ehtimalını qiymətləndiririk: "Agentlik 2009-cu ildən bəri yeni növ koronovirusların tədqiqi ilə məşğul olan “Predict” proqramını maliyyələşdirir. ABŞ-ın “Metabiota” şirkəti də Ukraynada belə tədqiqatlarda iştirak edir.
Kirillov, ABŞ rəsmilərinin daha əvvəl də bu cür araşdırmaları qəbul etdiyini iddia edərək deyib ki, ABŞ rəhbərliyinin dar məqsədli bioloji araşdırmalarını və bu cür açıqlamaları nəzərə alsaq, bizi yeni koronovirus pandemiyasının səbəblərinə və ABŞ hərbi bioloqlarının roluna yenidən baxmağa vadar edir. Koronavirusun yaranması və yayılması da bu aspektdə baş verir”.