Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya səfərindən əvvəl Ankara və Moskvadan açıqlama gəlib.
Teleqraf.com xəbər verir ki, Türkiyə prezidentinin mətbuat xidmətindən verilən açıqlamada Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı aktual qlobal və regional problemlər, iki ölkə arasında ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsinin aparılacağı deyilib.
Ərdoğan-Putin görüşü ilə bağlı Kremldən də açıqlama verilib. Görüşdə Suriya məsələsinin də müzakirə ediləcəyi bildirilən açıqlamada Türkiyənin təhlükəsizlik problemlərinin nəzərə alındığı bildirilib:
“Ərdoğan-Putin görüşündə Suriya da müzakirə olunacaq. Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı var”.