Rusiya Prezidenti Vladimir Putin türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə “Türk Axını”nı Rusiya qazının Avropaya nəqli üçün ən mühüm marşrutlardan biri adlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə məsələ Soçidə keçirilən görüşdə müzakirə olunub.
“Qeyd etmək istərdim ki, tikintisini bir müddət əvvəl başa çatdırdığımız “Türk Axını” bu gün Avropanı Rusiya qazı ilə təmin edən ən mühüm arteriyalardan biridir”, - Rusiya lideri bildirib.
Putin əlavə edib ki, “Türk Axını” problemsiz işləyir və avropalı tərəfdaşlar buna görə Türkiyəyə minnətdar olmalıdırlar.