Moldova Baş naziri Nataliya Qavrilitsa Moskvaya getməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə o, müxalifətin qaz qiymətinin artması ilə bağlı ölkəni ağır iqtisadi böhrandan çıxarmaq üçün Rusiya ilə danışıqlar tələb edən tənqidini şərh edərkən bildirib.
Nazir bu səfərin qazın qiymətinin ucuzlaşmasına səbəb olmayacağını bildiyi üçün Rusiyaya getmək istəmədiyini bildirib:
“Moskvaya getməyəcəyəm, çünki bu, heç nəyi dəyişməyəcək, istədiyimiz nəticəni ala bilməyəcəyik. Danışıqlar apara biləcəyini düşünən müxalifəti xalqımız haqqında daha yaxşı düşünməyə və ən yaxşısını etməyə çağırıram”.
Qavrilitsanın sözlərinə görə, qaz məsələsi ilə bağlı danışıqları bu sahəyə cavabdeh olan şəxs aparmalıdır: “O, gedib peşəkar danışıqlarda ən yaxşı kommersiya nəticələrini almalıdır”.