Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Suriya böhranının nizamlanmasının müzakirəsinin bölgəyə müəyyən rahatlıq gətirəcəyinə ümid etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, Türkiyə lideri görüşdə bu məsələnin geniş müzakirə olunacağını deyib.
“Biz xüsusilə Suriyadakı vəziyyəti müzakirə etməyi planlaşdırırıq. Ümid edirəm ki, bu, bölgəyə bir qədər rahatlıq gətirməyə imkan verəcək”, - Ərdoğan qeyd edib.
Ərdoğan Putinlə ölkənin ilk AES-i “Akkuyu”nun tikintisi layihəsini də müzakirə etmək niyyətində olduğunu bildirib:
“Akkuyu” AES-lə bağlı məsələ çox önəmlidir. Elə iş aparmaq lazımdır ki, qrafikə uyğun olsun. Ümid edirəm ki, bu məsələ ilə bağlı danışıqlar faydalı olacaq”.