4 Dekabr 2014 04:55
709
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın paytaxtı Tiflisə gəlib.

Teleqraf.com-un məlumatına görə, bu barədə “Rustavi-2” telekanalı xəbər verib.

Səfər çərçivəsində C.Appaturay Gürcüstanın Müdafiə Nazirliyi və parlamentində məsləhətləşmələr aparacaq, habelə baş nazir İrakli Qaribaşvili ilə görüşəcək.

Xatırladaq ki, sentyabr 4-5-də Uelsdə keçirilən NATO sammitində Gürcüstanın Alyansa üzvlüyünə kömək edən tədbirlər paketi təsdiq edilib. Sənədə əsasən Tiflisdə NATO-Gürcüstan təlim-tədris mərkəzinin yaradılması nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər