6 Avqust 2022 09:38
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təlimlərin ikinci günündə Çinə məxsus 49 hərbi təyyarənin Tayvan boğazında tərəflər arasında faktiki dəniz və hava xəttini müəyyən edən “orta xətt”i keçdiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada 24 ədəd SU-30, 7 ədəd J-10, 6 ədəd J-11 və 10 ədəd J-16 döyüş təyyarəsi, 1 ədəd Y-8 EW dəniz nəqliyyatı və 1 ədəd Y-8ASW dəniz patrul təyyarəsinin xəttin şərq tərəfinə keçdiyinin təsbit edildiyi deyilib.

Təyyarələrə xəbərdarlıq edildiyi, ardınca isə hərbi patrul təyyarələri və hava hücumundan müdafiə raket sistemlərinin işə salındığı vurğulanıb.

Nazirlik əvvəlki açıqlamasında bildirib ki, təlimlərin ikinci günündə adanın ətrafında 68 döyüş təyyarəsi və 13 döyüş gəmisi görülüb, onlardan bəziləri nominal “orta xətt”i keçib. Həmçinin bildirilib ki, Çindən atılan 11 idarəolunan raket Tayvanın ərazi suları hesab etdiyi ərazilərə düşüb.

Avqustun 7-dək davam edəcəyi gözlənilən təlimlər Çinin suverenlik münaqişəsində olduğu adanın ətrafında faktiki blokada yaradıb. Altı bölgədə həyata keçirilən təlimlər səbəbiylə bəzi ərazilər gəmi və təyyarə trafikinə bağlanarkən, boğazda təhlükəsizlik səbəbiylə uçuşların dayandırıldığı bildirilir.

Tərəflərin rəsmi olaraq tanınmadığı “orta xətt” Çində baş verən vətəndaş müharibəsindən sonra boğaz və ətrafında münaqişələrin qarşısını almaq üçün 1955-ci ildə ABŞ tərəfindən müəyyən edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər