Fransanın baş naziri Elizabet Born Fransadakı quraqlıq səbəbindən vətəndaşları suya qənaət etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, Elizabet Born ölkədəki quraqlıq səbəbiylə gün ərzində toplanacaq nazirliklər arası böhran bölməsinin aktiv işə başlayacağını açıqlayıb.
Borne vətəndaşları sudan istifadə ilə bağlı diqqətli olmağa çağırıb: “Mövcud müstəsna quraqlıq bir çox canlını sudan məhrum edir və bu, fermerlərimiz, ekosistemimiz və biomüxtəlifliyimiz üçün faciəvi vəziyyətdir.
Ölkədə quraqlıq yaxın 2 həftə davam edəcək. Sağlam içməli sudan istifadəni təmin etmək üçün məhdudlaşdırıcı tədbirlər görülür”.