Rusiya qoşunları Ukraynanın Donetsk vilayətində yaşayış məntəqələrini intensiv atəşə tutur, döyüşlər davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Rusiya qüvvələri əsas səylərini Baxmut və Avdiyev istiqamətlərinə yönəldərək hücuma keçib.
Ruslar Baxmut istiqamətində Baxmutske, Toretsk, Biloqorivka, Krasnopolivka, Severnye və Verşina yaşayış məntəqələrini tanklar və raket artilleriyasından atəşə tutub. Həmçinin Zaitsevo, Soledar, Baxmut və Berestovo yaxınlığına hava zərbələri endirilib.
Avdiyev istiqamətində isə Nyu-York, Pervomayski, Vodyanı və Opıtnı raket artilleriyasından atəşə tutulub. Novoxadski, Pavlivka və Preçistivkaya hava hücumları həyata keçirilib. Lozove-Nevelske istiqamətində hücuma cəhd isə uğurlu olmayıb. Geri çəkilən ruslar qüvvələrini yenidən qruplaşdırırlar.
Rus qoşunları Yakovlivka-Verşin və Kodem-Zaytseve istiqamətində də hücum döyüşləri aparıb, amma heç bir uğur əldə etməyib, geri çəkilib.
Baxmut istiqamətində hücum əməliyyatı aparılır, döyüş əməliyyatları davam edir.