Kubanın Matanzas əyalətində neft anbarında ildırım vurması nəticəsində baş verən yanğının miqyası artıb.
Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 52 nəfər xəsarət alıb.
Yanğın baş verən ərazinin yaxınlığında daha dörd partlayışın qeydə alındığı bildirilib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan 10 nəfərin vəziyyəti ağırdır.
Kubanın Energetika və Mədən Nazirliyi hadisənin Kubanın yaxınlıqda yerləşən ən böyük elektrik stansiyasının işinə təsir etmədiyini bildirib.