7 Avqust 2022 00:19
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İslami Cihad” terrorçuları raket hücumlarını dayandırsalar, İsrail Müdafiə Ordusu Qəzza zolağında onlara qarşı hərbi əməliyyatı dayandıracaq.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin maliyyə naziri Aviqdor Liberman deyib.

O bildirib ki, terror qruplaşması raket hücumlarını dayandırdığı halda İsrail hərbi qüvvələrini geri çəkəcək.

""Cihad” atəşkəs elan etsə, biz də atəşi kəsəcəyik. Biz müharibə və ya qarşıdurma axtarmırıq. Amma kiminsə təhdidləri altında yaşamağa hazır deyilik. Ümid edirəm ki, bu mesaj aydın eşidildi", - deyə Aviqdor Liberman bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər