Bazar günü, avqustun 7-də Ukraynanın üç limanından dörd taxıl daşıyan gəminin çıxışı gözlənilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"7 avqust dörd quru yük gəmisi Ukraynanın dörd limanını tərk edəcək. Biri Odessadan, üçü – Çernomorskdan olmaqla, ümumilikdə dörd gəmi yola düşəcək", - nazirliyin məlumatında deyilir.
Qeyd olunub ki, quru yük gəmilərinin çıxışı Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akarın aktiv əlaqələri, Birgə Koordinasiya Mərkəzinin fəaliyyətini əlaqələndirilməsi sayəsində mümkün olub.
Türkiyə Milli Müdafiə Nazirliyi Ukraynadan taxıl ixracı ilə bağlı işlərin davam etdirildiyini açıqlayıb.