Yaponiyanın Baş naziri Fumio Kişida Müdafiə Nazirliyinin rəhbəri Nobuo Kişinini vəzifəsindən kənarlaşdırmağı planlayır.
Teleqraf.com xəbər verir ki, 63 yaşlı Nobuo Kişinin istefası səhhəti ilə əlaqəlidir.
O, son aylarda sərbəst şəkildə yeriməyi dayandırıb və əlil arabasından istifadə etməyə başlayıb.
Avqustun 6-da Kişida növbəti həftə hökumətdə dəyişiklik etmək niyyətində olduğunu açıqlayıb. Baş nazirin sözlərinə görə, belə tədbirlər bir sıra problemlərə, o cümlədən Ukrayna və Tayvan ətrafındakı vəziyyətə, koronavirusla mübarizəyə və Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yanaşmanın inkişafı üçün zəruridir.