7 Avqust 2022 13:54
1 905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında Soçidə 4 saat davam edən görüşdə əldə edilən anlaşmalar Qərb dünyasını panikaya salıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “Financial Times” qəzetinin məqaləsində bildirilib.

Məqalədə Qərb rəsmilərinin Türkiyə ilə Rusiya arasında iqtisadi və digər sahələrdə əməkdaşlığın dərinləşməsindən getdikcə daha çox narahat olduqlarına diqqət çəkilib. “Financial Times”a danışan 6 rəsmi şəxsdən biri Türkiyənin Rusiya ilə ticarət platformasına çevrilməsindən narahatlığını dilə gətirib.

Türkiyəyə qarşı mümkün sanksiyaların Avropa Birliyi daxilində parçalanmaya səbəb olacağını bildirən rəsmi bəzi üzv ölkələrin hərəkətə keçə biləcəyini iddia edib.

“Məsələn, ticarətin maliyyələşdirilməsinə məhdudiyyətlərin qoyulması və ya böyük maliyyə şirkətlərindən türk şirkətlərinin maliyyələşdirmələrini azaltmaları istənilə bilər”, - mənbə qəzetə deyib.


Müəllif: Mənsur Rəğbətoğlu