7 Avqust 2022 20:25
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya hava zərbələri və Əl-Əqsa məscidinə basqınlarını pisləyən bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İsrailin mülki şəxslərə qarşı davam edən hücumları şiddətlə pisləndiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, İsrailin avqustun 5-də Qəzzaya başlatdığı hücumlar aralarında uşaqların da olduğu çox sayda mülki şəxsin ölümünə səbəb olub:

“Əlavə olaraq, bu gün İsrail parlamentinin üzvü İtamar Ben-Gvir və fanatik yəhudi qruplarının İsrail polisi mühafizəsi altında olan Əl-Əqsa məscidi basqın etdiyi öyrənilib”.

Türkiyə XİN bu hadisələri şiddətlə qınadığını deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər