Amerikalı aktrisa Cessika Çesteyn Kiyevə gəlib.
Teleqraf.com xəbər verir ki, Oskar mükafatı laureatı səfəri zamanı uşaq xəstəxanasına baş çəkib və o, həmçinin İrpinə səfər və prezident Vladimir Zelenski ilə görüşməyi planlaşdırır .
2022-ci ildə 45 yaşlı Çesteyn "The Eyes of Tammy Faye" filmindəki işinə görə Ən Yaxşı Aktrisa kateqoriyasında Oskar aldı.
Daha öncə Çestenin həmkarları Ancelina Coli və Şon Penn Ukraynaya dəstək olaraq Kiyevə səfər ediblər.