Bu gün Donetsk vilayətində rus hərbçilərinin açdığı atəş nəticəsində 4 dinc sakin həlak olub, daha 6 nəfər isə yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Telegram kanalında yayılan məlumatında qeyd olunub.
"2022-ci il avqustun 7-də Rusiya Federasiyasının silahlı qüvvələri Donetsk vilayətinin ərazisini kütləvi atəşə tutublar. Düşmənin hücumları nəticəsində Baxmut şəhəri, Baxmut rayonunun Opıtnoye kəndi, Soledar şəhəri və Pokrovski rayonunun Selidovo qəsəbəsində 4 mülki şəxs və daha 6 nəfər qəlpə yaraları alıb”, - məlumatda deyilir.
Atışma nəticəsində bir çox yaşayış binaları, yardımçı tikililər, elektrik xətləri və mülki infrastruktura ziyan dəyib.