ABŞ silahlı qüvvələri oktyabrda Hindistanın Uttarxund əyalətində keçiriləcək birgə hərbi təlimlərdə iştirak edəcək.
Teleqraf.com xəbər verir ki, əyalət Hindistan və Çin sərhədinin keçdiyi mübahisəli ərazinin yaxınlığında yerləşir.
Təlimlər 3 min metr yüksəklikdə keçiriləcək.
Pentaqondan bildirib ki, ABŞ-ın Hindistanla tərəfdaşlığı ölkənin Hind-Sakit Okean regionunun azad və açıq olması haqqında ümumi siyasi baxışının ən mühüm elementlərindən biridir.