8 Avqust 2022 09:41
1 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynanın işğal olunmuş ərazilərinin ilhaqı ilə bağlı “referendumlar”a hazırlığı sürətləndirə bilər .

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Məlumatda qeyd edilib ki, ukraynalıların müqaviməti işğalçıları “referendum”la bağlı planlarını daim dəyişməyə məcbur edir. Ukrayna hərbçilərinin əks-hücumu da rusların planlarına təsir edir.

Rusiya hərbçilərinin “evdən-evə” səsvermə keçirməklə Ukraynanın dinc sakinlərini qorxutmağa çalışdıqları bildirilib.

“Evlərdə səsvermənin təşkili partizan hücumlarını məhdudlaşdırır. Kreml gözlənilən yerli dəstəkdən, partizan hücumları riski və bürokratik imkanlardan asılı olaraq müxtəlif yerlərdə səsvermə növləri təşkil edə bilər”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər