Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında görüş yalnız dialoq tərəfləri “ev tapşırığı”nı tamamladıqdan sonra mümkündür.
Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə Zelenski arasında görüş təklifinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hazırda bu görüş üçün heç bir ilkin şərt yoxdur.
“Prezidentlər Putin və Zelenski arasında görüşə gəlincə, bu, yalnız danışıqlar aparan nümayəndə heyətinin bütün ev tapşırıqlarını yerinə yetirməsindən sonra mümkündür. Bu element isə əskikdir”, - Peskov bildirib.
Rusiya prezidentinin sözçüsü əlavə edib ki, bu səbəbdən hazırda cənab Ərdoğanın qeyd etdiyi görüş üçün lazımi ilkin şərtlər yoxdur.