Hollandiyada COVID-19 və oxşar epidemiyalara lazımi məhdudiyyətlər qoymağa imkan verən daimi qanunun qüvvəyə minməsi ilə bağlı müzakirələr davam edir.
Teleqraf.com xəbər verir ki, Bələdiyyələr Birliyi, Bələdiyyə Başçıları Birliyi və Hollandiya Təhlükəsizlik Şurasının COVID-19 üçün hökumətə verilən səlahiyyətlərin “İctimai sağlamlıq haqqında” qanuna əlavə edilib "daimi" edilməsinə qarşı olduqlarını bəyan ediblər.
Hökumətin qanuna edilən dəyişiklikləri “qeyri-müəyyən”, “birmənalı” və “məntiqsiz” olması ilə bağlı tənqidlərə məruz qalıb.
Qeyd edilib ki, COVID-19 epidemiyasında görülən tədbirlər tələsik olub və adekvat müzakirə edilmədən həyata keçirilib. Bələdiyyələrin, bələdiyyə sədrlərinin və təhlükəsizlik zonalarının vəzifə və səlahiyyətləri bəlli deyil.
Hökumət COVID-19 və buna bənzər epidemiyalarda lazımi məhdudiyyətlərin tətbiqi, ölkədə təhlükəsizlik zonalarının elan edilməsi və müvafiq icra hakimiyyəti orqanının təyin edilməsi kimi səlahiyyətlər verən "İctimai sağlamlıq haqqında" qanun”a dəyişiklikləri yayın sonunda parlamentə çıxarmaq istəyir.