8 Avqust 2022 20:26
2 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Prezidenti Rusiya və Ukrayna arasında sülhün əldə olunmasına çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Biz bilirik ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar üçün müsbət zəminin yaradılmasında kifayət qədər rol oynayıb. Prezident Ərdoğan sülh prosesinin başlaması üçün səy göstərir”, - Peskov bildirib.

Kremlin sözçüsü Türkiyənin belə bir prosesi başlatmaq üçün siyasi iradə nümayiş etdirdiyini vurğulayıb: “Ancaq Ukrayna heyəti demək olar ki, radardan itdi. Hazırda heç bir danışıqlar prosesi yoxdur”.

Türkiyə ilə Rusiya arasında artması gözlənilən milli valyuta ticarətinə də toxunan Peskov bu addımın dollar da daxil olmaqla başqa heç nəyə zərər vurmaq üçün atılmadığını bildirib.

Bununla belə, Peskov dolların etibarlı ehtiyat valyutası olmadığını iddia edib: “Bu narahatlıq indi bir çox ölkə tərəfindən bölüşülür. Təəssüf ki, dolları çap edən ölkə bu valyutaya inamı sarsıdıb”.

Kremlin sözçüsü bir çox ölkənin ticarətdə dolların payını azaltmaq, milli valyutaların payını artırmaq istədiyini söyləyib:

“Eyni şey Türkiyə ilə əlaqələrimizdə də olur. Qaz təchizatımızın bir hissəsinin rublla ödənilməsi ilə bağlı İstanbulda mühüm razılaşma əldə etdik. Ümid edirik ki, milli valyutaların payı bundan sonra da artacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər