8 Avqust 2022 23:25
2 924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ilin sonuna qədər Rusiya hərbi qüvvələrini fevralın 23-dək olan xəttə qədər çıxara bilər. Amma bunun üçün yüksək dəqiqlikli silahlar və hava hücumundan müdafiə vasitələri olmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Avropadakı hərbi qüvvələrinin keçmiş komandanı general Ben Hodces deyib.

Amerikalı general qeyd edib ki, Rusiyanın logistika sistemi tükənib və bu yayın sonuna qədər heç bir hücum əməliyyatı keçirə bilməyəcək.

“Digər tərəfdən, Ukraynanın bu ilin sonuna qədər Rusiya qüvvələrini fevralın 23-dək olan xəttə qədər sıxışdırmaq imkanı olacaq. Amma bu, uzaqmənzilli və yüksək dəqiqlikli hava hücumundan müdafiə vasitələrinin olması şərtilə baş tuta bilər. Bütün bunları ABŞ təmin etməlidir”, - Hodces bildirib.

Ukraynalı hərbi ekspert Vladislav Seleznyov da hesab edir ki, Ukraynanın tərəfdaşlarının müasir hərbi texnikası müharibənin gedişatını kökündən dəyişməyə qadirdir. Onun iddiasına görə, Ukrayna Silahlı Qüvvələrinin rusları sıxışdırmaq üçün aktiv əks-hücum əməliyyatları avqust ayı ərzində gerçəkləşə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu