ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd ola biləcəyinə eyham vurub.
Teleqraf.com xəbər verir ki, Tramp təxminən 2 saat davam edən çıxışında noyabrın 8-də keçiriləcək ara seçkilərə də toxunub.
“Amerikanın geri dönüşü bu noyabrda başlayır və bu, 2024-cü ilin noyabrında inkişaf etdirəcəyimiz dayanılmaz sürətlə davam edəcək”, - eks-prezident bildirib.
Çıxışında 2024-cü il prezident seçkilərinə işarə edən Tramp söyləyib: “Bunu yenidən etməyimiz lazım ola bilər”.
Tramp prezidentliyi dövründə və bundan sonra ona qarşı açılan istintaqları da tənqid edib.
O, ölkə tarixində ən çox zülmə məruz qalan şəxs olduğunu deyib:
“Evdə qalsaydım, Donald Trampa qarşı bu təqib dərhal dayanacaqdı, amma ölkəmi və onun xalqını sevdiyim üçün bunu edə bilmərəm”.