9 Avqust 2022 13:43
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ju citsu üzrə braziliyalı dünya çempionu Leandro Lo gecə klubunda güllələnərək öldürülüb.

Teleqraf.com xəbər verir ki, 33 yaşlı Lonun polis əməkdaşı Enrike Velozo tərəfindən güllələndiyi bildirilir.

Polisə təslim olan Velozo saxlanılıb.

Hadisə şahidlərinin sözlərinə görə, dostları ilə konsert üçün gecə klubuna gedən Lo ilə Velozo arasında mübahisə düşüb.

Velozo şüşə ilə Lonu hədələyib. Bundan sonra Lo Velozodan oradan getməsini istəyib. Velozo isə silahını çıxarıb Lonu alnından vurub.

33 yaşlı Leandro Lo 2012-2022-ci illər arasında 5 müxtəlif kateqoriyada ju citsu üzrə 8 dəfə dünya çempionu olaraq rekord qırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər