9 Avqust 2022 10:24
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Slobojansk istiqamətində əvvəllər işğal olunmuş xətləri saxlamaq və Ukrayna qüvvələrinin irəliləməsinin qarşısını almaq üçün döyüş əməliyyatları aparır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ruslar Xarkov istiqamətində Sosnivka, Duvanka, Prudyanka, Dementivka, Pitomnik, Ruska Lozova, Çerkassı Tışki, Petrivka, Bayrak və sair ərazilərdəki yaşayış məntəqələrini tanklardan və reaktiv artilleriyadan atəşə tutublar.

Bundan başqa, Verxnıy Saltov yaxınlığında hava hücumu həyata keçirilib.

Slavyansk istiqamətində isə Brajkivka, Karnauxivka, Suliqivka, Novaya Dmitrivka, Protopopivka, Adamivka, Zalıman, Mazanivka və Dolina rayonları artilleriyadan atəşə tutulub.


Müəllif: Mənsur Rəğbətoğlu