9 Avqust 2022 23:56
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayvan xarici işlər naziri Jozef Vu Çinin Tayvan boğazı və ətrafında davam edən hərbi təlimlər ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, nazir Çinin həqiqətən Tayvanı ələ keçirmək istədiyini iddia edib.

“Çin illərdir Tayvanı təhdid edir. Amma bu, son illərdə daha da ciddiləşib. Pelosinin Tayvana səfər edib-etməməsindən asılı olmayaraq, Çinin ölkəmizə qarşı hərbi təhlükəsi həmişə var. Əvvəlcə bununla məşğul olmalıyıq. Çin kimin Tayvana dəstək üçün gəlib-gəlməmək istəyini diktə edə bilməz”, - Jozef Vu bildirib.

Onun sözlərinə görə, beynəlxalq əlaqələr qurmağa çalışan Tayvana qarşı Çin təhlükəsi son günlərdə daha kritik xarakter alıb:

“Çinin həqiqətən Tayvana müharibə elan edə biləcəyindən narahatam. Amma indi bizi çəkindirmək üçün nə edirlərsə etsinlər, bununla mübarizə aparmağın ən yaxşı yolu Çinə qorxmadığımızı göstərməkdir”.

Nazir Vu Tayvanın Çinin davam edən hərbi təlimlərindən qorxmadığını və Çinin boğazda dəfələrlə “orta xətt”i keçdiyini vurğulayıb:

“Çin “hərbi oyun kitabı”ndakı təlimlərlə Tayvanı işğal etməyə hazırlaşır. İrimiqyaslı hərbi təlimlər və raket buraxılışları ilə yanaşı, kiberhücumlar, dezinformasiya və iqtisadi zorakılıqla Tayvanda insanların ruhların zəiflətməyə çalışır. Çin Tayvan boğazı ətrafındakı status-kvonu dəyişmək üçün bu davranışlarını rutin halına gətirməyə çalışa bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər