10 Avqust 2022 10:42
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynalı partizanlar işğal olunmuş Melitopolda (Zaporoje vilayəti) rusların (“Vahid Rusiya”) qərargahını partladıblar.

Teleqraf.com xəbər verir ki, olay gecə saatlarında baş verib.

Partlayışda ölən olmasa da, partizanlar saxta referendum təşkil etməyə çalışan rusların planlarını pozublar.

“Heç kimə mərhəmət olmayacaq! Yerli satqınlar bunu başa düşürlər”, - partizanların mesajında deyilir.

Partizanlar bölgədə saxta referenduma hazırlaşanlara rahatlıq verməyəcəklərini bildiriblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər