10 Avqust 2022 11:52
1 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Donetsk - Piski istiqamətində hücumu bərpa etməyə çalışır, döyüşlər davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ruslar Baxmut istiqamətində Kostyantynivka, Baxmut, İvano-Daryivka, Pokrovske, Zaytseve, Kodema, Kurdyumivka, Baxmutske, Soledar, Yakovlivka və Verşina rayonlarını artilleriya və tanklardan atəşə tutublar. Aviasiya qüvvələri Spirni, Soledar, Baxmut, Zaytsevo və Verşinə hava zərbələri endirilib.

Rus ordusu Novoluqansk - Spirne, Vladimirivka - Yakovlivka, Streapivka - Soledar istiqamətlərində hücum əməliyyatları keçirməyə cəhd edib. Amma səylər uğursuz alınıb, itki verən ruslar geri çəkiliblər.

Məlumata görə, rus qüvvələri Donetsk - Piski istiqamətində hücumu bərpa etməyə çalışır, döyüşlər davam edir. Bundan başqa, Rusiya qoşunları Mineralne - Avdeyevka və Spartak - Avdeyevka istiqamətində hücuma keçib. Amma səylər uğursuz olub, itkilərlə geri çəkiliblər.


Müəllif: Mənsur Rəğbətoğlu