10 Avqust 2022 17:37
2 866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippin Rusiya ilə 16 hərbi-nəqliyyat vertolyotunun alınması ilə bağlı 227 milyon dollarlıq müqaviləni rəsmən ləğv etdiyini açıqlayıb. Qərarın ABŞ-dan gələn sanksiyalarla bağlı narahatlıq səbəbindən verildiyi bildirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Filippin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik Rusiyanın SOVTEXNOEXPORT şirkəti ilə Filippin Hərbi Hava Qüvvələri üçün 16 ağır yükdaşıyan “Mi-17” helikopterinin alınmasına dair müqaviləsinin ləğvini rəsmiləşdirib.

Filippin 227 milyon dollarlıq müqavilənin ləğvindən irəli gələn məsələlərlə bağlı Rusiya tərəfi ilə diplomatik dialoqa başlamağa hazırlaşırlar.

Keçmiş müdafiə naziri Delfin Lorenzana bildirib ki, müqavilənin ləğvi barədə qərar Rusiya ilə Ukrayna arasında müharibənin davam etdiyi bir vaxtda ABŞ-ın sanksiyaları ilə bağlı narahatlıq səbəbindən verilib.

Lorenza hökumətin müqavilə üçün ödədiyi 2 milyard peso (36 milyon dollar) ilkin ödənişi geri ala biləcəyinə əmin olmadığını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu