10 Avqust 2022 22:28
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çeçenistan Ukraynaya 9 min yaxşı təlim keçmiş döyüşçü göndərməyə hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu Çeçenistan başçısı Ramzan Kadırov deyib.

O, çeçen döyüşçülərin Ukraynadakı “uğurları” haqda danışıb: “Axmat” xüsusi təyinatlılarının döyüşçüləri Luqansk Xalq Respublikasının (qondarma - red.) xalq milislərinin ikinci korpusu ilə birlikdə Soledardakı “Knauf” zavoduna nəzarəti ələ keçirib”.

Kadırov əlavə edib:

“Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Əhməd Səydərxanov bildirir ki, müəssisənin ərazisi “Bandera” ünsürlərindən (Ukrayna hərbçilərindən – red.) təmizlənib. Bu, döyüşçülərimizin daha bir böyük nailiyyətidir. Əvvəllər onlar Luqansk istiqamətində 36 yaşayış məntəqəsini, o cümlədən dörd şəhəri azad edərək (işğal edərək – red.) özlərini əla göstəriblər”.

O, həmçinin bildirib ki, xüsusi təyinatlıların əlavə dəstələri “xüsusi əməliyyat”da iştirak etmək üçün Çeçenistanda təlim keçib:

“Hazırda Çeçenistan Respublikasından 9 min yaxşı təlim keçmiş döyüşçü göndərilməyə hazırdır. Daha 10 min hərbçi ehtiyatdadır və qanadlanaraq gözləyir. Onlar Ukraynada nasistlər tam məğlub olana qədər istənilən işi görməyə hazırdırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər