10 Avqust 2022 21:54
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Rusiyanın nəzarəti altında olan Melitopol rayonundakı hümanitar yardım mərkəzi partladılıb.

Teleqraf.com Gazeta.ru-ya istinadən xəbər verir ki, bunu “Biz Rusiya ilə birlikdəyik” ictimai hərəkatının lideri Vladimir Roqov bildirib.

“Gecə partlayış olub. Ölən və yaralananlar yoxdur”, - deyə o bildirib.

Onun sözlərinə görə, partlayış əldəqayırma qurğu vasitəsilə törədilib.

Qeyd edək ki, iki gün öncə Krımdakı aviabazada baş verən partlayışlarda Ukrayna xüsusi təyinatlılarının iştirak etdiyi, nəticədə 14 nəfərin yaralandığı bildirilmişdi.

Qeyd olunur ki, Ukrayna Hərbi Hava Qüvvələrinin ayrıca bəyanatında Krımda baş verən partlayışlardan bəhs edilsə də, onlar bu partlayışlara görə məsuliyyəti üzərlərinə götürməyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər