10 Avqust 2022 22:12
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Ukraynaya daha 4 “Gepard” özüyeriyən zenit qurğusu və onlar üçün təxminən 50 min sursat təhvil verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytında məlumat verilib.

Qeyd olunub ki, Almaniyanın Ukraynaya verdiyi “Gepard”ların ümumi sayı 12-yə çatıb.

Qeyd edək ki, ötən həftə Almaniya Ukrayna Silahlı Qüvvələrinə həmçinin 10 yüksəkmobilli, çoxməqsədli təkərli nəqliyyat vasitəsi, 3 zirehli təmir-təxliyə maşını, 8 pilotsuz uçuş aparatları ilə mübarizə qurğusu, 8 mobil yerüstü radar və termal görüntüləmə aparatı və dərmanlar üçün bir neçə soyuducu verib.


Müəllif: Teleqraf.com