10 Avqust 2022 23:38
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni sentyabrda keçiriləcək ümumi seçkilərdə Senata namizədliyini irəli sürəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Berluskoni açıqlama verib.

“Düşünürəm ki, mən Senata namizədliyimi irəli sürəcəyəm. Bu qədər insan tərəfindən təzyiqlərə məruz qaldıqdan sonra hamını xoşbəxt etmək istəyirik”, - deyə “Forza Italia” partiyasına rəhbərlik edən 85 yaşlı Berluskoni qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər