11 Avqust 2022 00:38
339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin ordusunun ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra bölgədə başlayan hərbi təlimləri başa çatıb.

Teleqraf.com xəbər verir ki, bundan sonra Şərq nəhəngi adanın yaxınlığında müntəzəm patrul xidməti aparmağı planlaşdırır.

Bu barədə Çinin Şərq Hərbi Əməliyyatlar Dairəsi Komandanlığının sözçüsü Şi Yi məlumat verib.

Onun sözlərinə görə, ötən həftə başlayan təlimlərdə ordu bütün tapşırıqları uğurla yerinə yetirib.

Eyni zamanda, çərşənbə günündən etibarən Tayvan limanlarına gedən ticarət gəmiləri əvvəlcədən planlaşdırılan marşrutlar üzrə hərəkəti bərpa edib.


Müəllif: Teleqraf.com