Türkiyə hərbçiləri çərşənbə günü PKK terror təşkilatının Suriya qanadından olan YPG-nin 8 silahlısını zərərsizləşdirib.
Teleqraf.com Türkiyə Milli Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, PKK/YPG yaraqlıları “Fərat qalxanı” və “Barış pınarı” antiterror əməliyyatları zonalarının ərazilərinə hücum etməyə cəhd göstəriblər.
Qeyd edək ki, PKK terrorçuları Türkiyədə 1984-cü ildən 2020-ci ilin mart ayına qədər təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşını və 6 800 nəfər mülki şəxsi qətlə yetiriblər.
ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatı kimi tanıyıb.