11 Avqust 2022 12:37
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistanın paytaxtı Düşənbədə ABŞ Mərkəzi Komandanlığının təşkil etdiyi “Regional Əməkdaşlıq-22” komanda-qərargah hərbi təlimləri başlayıb.

Teleqraf.com xəbər verir ki, təlimlər avqustun 20-dək davam edəcək.

Komanda-qərargah təlimlərinə ABŞ, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan və Pakistan hərbçiləri qatılıb.

“ABŞ-ın Mərkəzi və Cənubi Asiya ölkələrinin iştirak etdiyi ən böyük hərbi təlimi olan “Regional Əməkdaşlıq-22” bölgədəki tərəfdaşlarımızla əlaqələri gücləndirmək üçün unikal imkan yaradır. Təlimlər qlobal çağırışlara dinc cavablar, informasiya mübadiləsi və təhlükəsizlik sahəsində əməkdaşlıq daxil olmaqla, aktual regional problemlərin həlli üçün platforma rolunu oynayır”, - ABŞ-ın Tacikistandakı səfiri Con Pommerşaym deyib.

ABŞ səfirliyinin açıqlamasında bildirilir ki, təlimlər koordinasiya yaratmaq imkanı verəcək, regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, kütləvi qırğın silahlarının, narkotiklərin və terror ünsürlərinin ələ keçirilməsi imkanlarının artırılmasına yönəlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər