11 Avqust 2022 21:13
352
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistanla normallaşma prosesi davam edir, bəzi addımlar atılıb".

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bu, Azərbaycanla koordinasiya şəklində davam edir, Ermənistanda bundan bir az narahat olurlar, amma biz şəffaf ölkəyik. Hər nə qədər normallaşma prosesi ikitərəfli olsa da, bütün Cənubi Qafqazın sabitliyi üçün hər birimizin addım atması lazımdır”, - deyə o bildirib.

Çavuşoğlu Ermənistanı bu məsələdə yayınmamağa, səmimi olmağa çağırıb: “Biz səmimiyik, Azərbaycanın da səmimi olduğunu görürük”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər